Baş məşqçilər arasında ŞOK: "Nə istəyirsən məndən?" / VİDEO

İngiltərə Premyer Liqasının 2-ci turunun "Çelsi" - "Tottenhem" qarşılaşmasından sonra baş məşqçilər arasında münaqişə yaşanıb.

Metbuat.az xəbər verir ki, final fitindən sonra "Çelsi"nin çalışdırıcısı Tomas Tuxellə "Tottenhem"in baş məşqçisi Antonio Konte bir-birinin əlini sıxıblar. Lakin Tuxel həmkarının əlini buraxmayıb. Bu isə italyan məşqçinin xoşuna gəlməyib. O, bir neçə dəfə qışqıraraq "Nə istəyirsən?" deyib. Tərəflər arasında gərginlik artıb.

Onların əlbəyaxa olmasına köməkçi məşqçilər imkan verməyib. Görüşün baş hakimi Entoni Teylor hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR