Bakı, 1 iyun, AZƏRTAC
Bu il Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin yaradılmasının 25 ili tamam olur. Bu tədris müəssisəsi uşaq və yeniyetmələrin incəsənətə cəlb olunması, onların estetik zövqünün formalaşması, gənc istedadların üzə çıxarılması sahəsində əhəmiyyətli iş aparır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda məktəbdə fortepiano, violin, tar, kamança, qarmon, nağara, qaboy ixtisasları üzrə 200-dən çox şagird təhsil alır, 50-dək müəllim çalışır.
Yubiley ilə əlaqədar olaraq Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbi və onun bir qrup müəllimi nazirliyin fəxri fərmanına layiq görülüb.