Çin qoşunlarını Rusiyaya göndərir

Çin Rusiyaya hərbçilər göndərəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, çinli hərbçilər Rusiyada təlimlərə qatılacaq. Təlimlərdə Hindistan, Belarus və Tacikistan hərbçiləri də iştirak edəcək. Nazirliyin açıqlamasına görə, təlimlər tərəflər arasında davam edən əməkdaşlığın tərkib hissəsidir. Məqsəd ölkələr arasında əməkdaşlığı daha da sıxlaşdırmaqdır.

Qeyd edək ki, Çin və Rusiya orduları ötən il birgə təlimlər həyata keçirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR