“Dinamo” (Zaqreb) futbolçuları komandanın Çempionlar Liqasının qrupuna vəsiqəni təmin etməsini böyük sevinclə qeyd ediblər.

Metbuat.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo”nun futbolçuları paltardəyişmə qələbəni çoşqu ilə qeyd ediblər. Mahir Emreli futbolçuların qələbə sevinci ilə bağlı sosial media hesabında video paylaşıb. Paltardəyişmə otağında bir neçə ölkənin, o cümlədən Azərbaycanın bayrağının asılması diqqət çəkib.