Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə matçda etdiyi səhvə görə tənqid edənləri təhqir edib.

Metbuat.az xəbər verir ki, forvard feysbuk səhifəsində bununla bağlı paylaşım edib.

“Dünən Şah-Şah qışqırırdız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şah milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq”.

Ruslan Qurbanov Şahruddini tənqid edənləri TƏHQİR ETDİ -