100 milyonluq transfer açıqlandı -

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Metbuat.az-ın məlumatına görə, İngiltərə təmsilçisi "Ayaks"ın və Braziliya millisinin hücumçusu Antonini transfer edib. Bu barədə məlumatı italiyalı insayder Fabritsio Romano açıqlayıb. Onun məlumatına görə, "Mançester Yunayted" 22 yaşlı forvardla 5+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Mançester Yunayted"in Antoni üçün qarşı tərəfə 100 milyon avro təzminat ödəyəcəyi bildirilib. "Mançester Yunayted"in bundan əvvəl “Real Madrid” klubundan Kazemironu transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR