Türkiyənin iki nəhəng klubu PSJ-nin ulduz futbolçusu üçün savaşır -

“Qalatasaray” və “Trabzonspor” PSJ-nin hücumçusu Mauro İkardini transfer etmək üçün mübrizə aparır.

Metbuat.az xəbər verir ki, bu barədə “Lequipe” qəzeti məlumat yayıb. Bildirilir ki, əvvəlcə Türkiyədə futbol oynamağa müsbət yanaşmayan İkardi fikrini dəyişib. Bildirilir ki, İkardi “Qalatasaray”da oynamağa razılıq verəndən sonra, “Trabzonspor” İkardini razı salan şərtləri araşdırmağa başlayıb. Bildirilir ki, “Trabzonspor” rəqibindən nisbətən yaxşı təklif verərək, İkardini transfer etməyə çalışır.

Məlumata görə, İkardi “Trabzonspor”un təklifinə hələlik müsbət yanaşmır. O daha nüfuzlu klubda oynamaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR