Azərbaycanlı şairin şeirləri Rusiya ədəbiyyat portalında yayımlanıb

Rusiyanın populyar stihi.ru ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin rus dilinə tərcümə edilmiş “Dəniz nəğməsi”, “Mənsiz gecə”, “Dəniz” şeirlərinin yayınına başlayıb.

Metbuat.az-a Dövlət Tərcümə Mərkəzinin mətbuat xidmətindən verilən xəbərə görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva və Rusiya ədəbiyyatşünas-alimi Anjela Lebedevadır.

Qeyd edək ki, geniş oxuyucu auditoriyası tərəfindən izlənən “stihi.ru” (https://stihi.ru/avtor/ilahafeyzi?fbclid=IwAR0W00V...) portalı mütəmadi olaraq dünya ədəbiyyatının Pobert Berns, Federiko Qarsia Lorka, Emili Dikinson kimi korifey şairlərinin yaradıcılığını işıqlandırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR