Yeni virus yayılıb, əlamətləri bunlardır -

Son günlər Bakıda rotavirus infeksiyası yayılıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib ki, infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır:

"Bu kimi şikayətlərlə bizə müraciət edənlərin heç də hamısını müayinədən keçirə bilmirik, çünki çox vəsait tələb edir. Həmin simptomlar böyük ehtimal virus mənşəli infeksiya olan rotavirusdur. Pasiyentlərə məsləhət görürük ki, bu halda antibiotik terapiyadan uzaq dursunlar. Tövsiyə edirəm ki, həmin zaman bol maye qəbul etsinlər, süd məshulu və kofein qəbulunu dayandırılsın. Çünki həmin infeksiyanın stabilləşməsi təxminən 5-7 gün çəkir. Əgər həmin müddətdən sonra düzəlməsə,onda mütləq şəkildə həkimə müraciət edilsin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR