Türkiyə və Pakistanın Azərbaycandakı səfirləri arasında görüş baş tutub

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə pakistanlı diplomat tviterdə paylaşım edib.

“Qardaşım, səfir Cahit Bağcıya ziyarətinə və Pakistanda baş verən daşqınlar nəticəsində insan itkiləri və dağıntılarla bağlı başsağlığına görə təşəkkür edirəm. Türkiyə və Azərbaycan hər zaman Pakistanın yanında olub”, - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR