“Fənərbaxça” “Çelsi”nin hücumçusu Mişi Batşuayini transfer etmək üçün transferin son dəqiqələrinə qədər səy göstərsə də nəticə əldə edə bilməyib.
Metbuat.az xəbər verir ki, belçikalı ulduz son anda “Nottinqem”lə razılığa gəlib. Klublar da razılaşma əldə edərək, sənədləri rəsmiləşdirmək istəsə də, nəticə olmayıb. Məlumata görə, Avropada transfer sezonu başa çatdığına görə, sənədlər qəbul edilməyib. Bildirilir ki, sənədlərdə çatışmazlıqlar olduğuna görə, transfer baş tutmayıb.
Qeyd edək ki, “Çelsi”nin əsas heytədə düşünmədiyi Mişi Batşuayi “Beşiktaş” klubunda icarə əsasında çıxış edib.