“Şimali Koreyanın növbəti nüvə testinə çox fərqli cavab verəcəyik”.

Metbuat.az xəbər verir ki, Cənubi Koreya hökumətində yüksək rütbəli şəxs belə açıqlama verib. Məlumata görə, Cənubi Koreya hökuməti Pxenyanın nüvə testinə ən sərt cavab vermək barədə razılığa gəlib. Bu cavabın detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Şimali Koreyanın nüvə testinə hazırlaşdığı barədə məlumatlar səslənir. ABŞ bu testə çox sərt cavab verəcəyini elan edib.