Rusiya səfirliyinin qarşısında partlayış:

Rusiya Federasiyasının Əfqanıstanın paytaxtı Kabildə yerləşən səfirlik binasının qarşısında partlayış törədilib.

Metbuat.az xəbər verir ki, rus diplomat viza almaq üçün növbədə gözləyənlərin siyahısını oxumaq üçün bayıra çıxıb və bu zaman partlayış baş verib.

Həmin ərazidə olanların əksəriyyəti isə əfqan tələbələr olub.

Ölənlərin sayı dəqiq bilinmir. Əfqanıstan KİV-i yazır ki, ölənlərdən ikisi rusiyalı diplomatdır.

Rəsmi Krem isə partlayışı terror aktı adlandırıb.

"Taliban" silahlıları əraziyə girişi qadağan ediblər, hadisə baş verən ərazidə hər hansı çəkiliş etməyə icazə verilmir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR