"2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək".

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib.

O bildirib ki, Ukraynanın Krımı işğaldan azad edəcək:

"Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Əminəm ki, rusların döyüşmək üçün iradəsi yoxdur".

General həmçinin bildirib ki, qarşıda çətin döyüşlər olacaq və bununal da Rusiya qüvvələri daha da zəifləyəcək.