"Qalatasaray” “Mançester Yunayted”in futbolçusu Xuan Matanı transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Məlumata görə, Mata artıq İstanbula gəlib. Bildirilir ki, Mata əvvəlcə 3 milyon avroya yaxın məvacib tələb edib. Lakin danışıqlardan sonra futbolçu 2 milyon avrodan bir qədər az məvacibə razı olub. Tərəflərin 1 illik müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, Türkiyə təmsilçisi Xames Rodrigezlə də danışıqlar aparırdı. Lakin türklər son qərarını Mata barədə verib.