“Yunanıstanın başa düşdüyü dil hansıdırsa, o dildə danışarıq. Vermək istədiyim mesajın olduqca açıq olduğunu düşünürəm”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Yunanıstanın Türkiyəyə qarşı davranışlarının izahı yoxdur. Ərdoğan bəyan edib ki, Türkiyənin S-400 müdafiə sistemləri ilə bağlı əsassız fikirlər səsləndirənlər, Yunanıstanın S-300 müdafiə sistemləri ilə bağlı danışmır. “S-300-lər də Rusiyanındır, S-400-lər də. Amma onlar barədə danışan yoxdur” – Ərdoğan deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəflətən gələ bilərik” deyərək, Yunanıstana xəbərdarlıq etməsindən sonra Afinada müzakirələrə səbəb olub.