İranın Əfqanıstanla sərhəddə yerləşən Cənubi Xorasan əyalətində rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Təsnim agentliyi məlumat yayıb. Bildirilir ki, zəlzələnin episentri yerin 8 kilometr dərinliyində yerləşib. Fəsadlar barədə hələlik məlumat yoxdur.