Hərbi ekspert Ədalət Verdiyev Laçın və Kəlbəcər istiqamətində ermənilərin irimiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi cavab tədbirlərinin nəticələri barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, “Xəzər xəbər”ə açıqlamasında bildirib ki, məhv edilən düşmən texnikalarının dəyəri yarım milyard dollardan çoxdur. Düşmənin atəş açdığı mövqelər Azərbaycan ordusunun nəzarətinə keçib. Onun sözlərinə görə, ermənilərin azı 3 hərbi hissəsi darmadağın edilib.