KTMT-nin sərhədə sülhməramlılar göndərməsinə bu 3 ölkə veto qoyub

Qırğızıstan, Qazaxıstan və Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyublar.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mənbələri məlumat yayıb. Bildirilib ki, məsələ iki ölkə arasında sülh yolu ilə həll edilməlidir. Bildirilib ki, buna görə də KTMT İrəvanın tələblərini rədd edib.

Qeyd edək ki, mətbuatda iclasın gərgin keçdiyi, Qırğızıstan, Qazaxıstan və Tacikistan nümayəndələrinin Azərbaycana görə digər dövlətlərlə mübahisə etdiyi barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, iclasdan sonra KTMT-nin Baş qərargahının rəhbəri Anatoli Sidorov KTMT-nin Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmadığını açıqlayıb. O bildirib ki, iki ölkə sərhədində təşkilatın qüvvələrindən istifadə etmək müzakirə mövzusu deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR