"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Nant" klubuna 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra jurnalistlərlə görüşüb.
Metbuat.az xəbər verir ki, jurnalistlərin suallarına cavablandırdan sonra zalı tərk etməyə hazırlaşan Qurbanova Prezident İlham Əliyev "Qarabağ"ın qələbəsi ilə bağlı tvit atdığı deyilib. O, bu xəbərdən çox sevinib və qürurla “Qarabağ Azərbaycandır!" deyib.
Qeyd edək ki, "Qarabağ" "Nant"ı 3:0 hesabı ilə məğlub edib.
Həmin anları təqdim edirik: