Tacikistan hərbçiləri Qırğızıstana hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb. Açıqlamaya görə, Tacikistan razılaşmaları pozaraq Batken vilayətində zərbələr endirib. Bildirilir ki, hücum zamanı mülki obyektlər də hədəfə alınıb. Qırğızıstanın Sərhəd Xidmətinin məlumatına görə, tacik qüvvələr zirehli texnikalar və ağır silahlardan istifadə edir. Hücum nəticəsində yaralıların olduğu bildirilir. Qırğızıstan tərəfi tacikləri hücumu dayandırmağa çağırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Batken vilayətində iki ölkənin sərhədçiləri arasında toqquşma baş vermişdi.