“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo cari mövsümdə ilk dəfə fərqlənib.

Metbuat.az xəbər verir ki, hücumçu Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Şerif”lə oyunda fərqlənib. Ronaldo qarşılaşmanın 39-cü dəqiqəsində penaltidən qol vurub. Beləlikə, o, 7 oyundan sonra qol vurub. Ronaldo ilk dəfə belə "quru seriyaya" imza atıb.

Qeyd edək ki, “Şerif” - “Mançester Yunayted” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Mançester Yunayted” qrupda ilk xallarını qazanıb.