Tacikistan ordusu Qırğızıstana girdi -

Qırğızıstan-Tacikistan sərhədinə baş verən toqquşmalar nəticəsində ümumilikdə 49 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, Qırğızıstan tərəfdən 38, Tacikistan tərəfdən isə 11 yaralı var. Qırğızıstanın rəsmi mənbələrinin məlumatına görə, Tacikistan ordusu hücumları davam etdirir. Taciklər Qırğızıstanın Batken şəhərində yerləşən hava limanının ətrafını atəşə tutublar. Həmçinin Tacikistan ordusu Qırğızıstanın məktəb binasını ələ keçirib. Hücum zamanı ağır silahlardan, zirehli texnikalardan istifadə edilir. Qırğızıstan tərəfi Tacikistanı hücumu dayandırmağa mülki obyektləri hədəfə almamağa çağırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR