Şiddətli döyüş: Qırğızıstan helikopterləri qaldırdı

Atəşkəs razılaşmasına baxmayaraq, yerli vaxtla saat 15:00-dan etibarən Qırğızıstan Tacikistanda evlərə və mülki obyektlərə hücum etmək üçün hərbi helikopterlərdən və pilotsuz uçan aparatlarından istifadə edir.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Hüquq-mühafizə orqanlarının rəhbərlərinin görüşünə və atəşkəs elan edilməsinə baxmayaraq, saat yarım sonra Qırğızıstan tərəfi Babacan, Qafurov, Vorux və Çorkux istiqamətində qrup silahlarından və hərbi texnikadan atəş açmağa başlayıb”, - deyə komitə bildirib.

Bundan əlavə, Qırğızıstanın Botken vilayətinin mərkəzindən sərhədyanı rayonlara əlavə qüvvə və texnika göndərdiyi də deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR