Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldonun rekordunu qırıb.

Metbuat.az xəbər verir ki, Messi buna "Lion"u səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Liqa 1-in VIII turunda nail olub.

Ulduz futbolçu karyerasında penaltilər istisna olmaqla 672-ci dəfə fərqlənərək 671 dəfə rəqib qapılarına yol tapan Ronaldonu geridə qoyub.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Hücumçunun klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.