"Milonov və onun kimilərin açıqlaması anti-Rusiya xarakterlidir" -

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Bakıya səfəri ərəfəsində Azərbaycanın Ermənistanla sərhəddə təxribat törətməsi ilə bağlı açıqlama verib. O, Bakının Qərbin sifarişlərini yerinə yetirdiyini bildirib.

Vitaliy Milonov və onun kimilərin külli miqdarda məvacib qarşılığında ideoloqluq etdiyini deyən siyasi şərhçi Kənan Novruzov vurğuladı ki, onların bu addımları daxili ictimai rəy çaşdıraraq dövlətlərarası münasibətlərə zərbə vurur.

“İlk qonorar sevincini müəllimim Rəşad Məcid yaşadıb” -

Kənan Novruzov

"Azərbaycan Rusiya üçün vacib partnyordur. Bunu Kreml ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında saziş imzalanıb. Bundan başqa, şimal qonşumuzun regiondakı maraqlarının təmin olunması Bakı ilə münasibətlərdən asılıdır. Azərbaycan Ukrayna ilə Rusiya arasındakı müharibədə balanslı siyasət yeridən nadir dövlətlərdəndir. Bütün bunları nəzərə alsaq, deməliyik ki, Milonovun açıqlaması əslində anti - Azərbaycan yox, anti- Rusiya xarakterlidir, dövlət maraqlarına uyğun deyil".

Ekspert hesab edir ki, hakimiyyətin diktəsi ilə sözügedən deputatın "nəbz yoxlaması" da istisna deyil. Amma bu ehtimal azdır.

"Əgər belədirsə, deməli, Rusiya Azərbaycanla münasibətlərin korlanmasına hazırdır. Bu, indiki halda ağlabatan görünmür. Bizim həm Rusiya, həm də Qərb ölkələri, o cümlədən ABŞ-la normal münasibətimiz var. Və atdığımız addımları ancaq öz siyasi iradəmiz müəyyənləşdirir. Çünki bunu həyata keçirəcək gücə sahibik. Ermənistan isə regionda "nadinc uşaq" rolunu oynayır. Lazım gələndə Qərbin, lazım gələndə Rusiyanın sifarişlərini yerinə yetirməklə "suları bulandırır"."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR