Gömrükçülər tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Metbuat.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Culfa dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99GN233 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib.
Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14 000 ədəd aksiz markası olmayan siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.