30 avqust - 1 sentyabr və 13 sentyabr tarixlərində keçirilən sertifikatlaşdırmanın test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.
Metbuat.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, test mərhələsindən uğurla keçən 8766 nəfərdən 59-u müsahibə mərhələsində iştirak etməyib.
12-19 sentyabr tarixlərində keçirilən müsahibələrdə iştirak edən 8707 müəllimdən isə 8676-sı uğur qazanıb, 31 nəfər müsahibə mərhələsindən kəsilib.