Nazirlik əməkdaşları daha 3 şəhidlərimizin ailələrini ziyarət edib -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətləri davam edir. Növbəti görüşlər Sumqayıt şəhərində şəhid Səmədov Elnur Sədaqət oğlunun, Şəki rayon Kiçik Dəhnə kəndində şəhid Qasımov Nihad Mehman oğlunun və Bərdə rayonu Təhlə kəndində şəhidMəmmədli Namiq Ağəmməd oğlunun ailəsində olub.

Metbuat.az xəbər verir ki, Nazirliyin əməkdaşları görüşlərdə dövlətimiz tərəfindən görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat veriblər.

Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.

Şəhid ailələri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR