Danimarka kraliçası dörd nəvəsinin kraliyyət titullarını əlindən aldı

Avropanın yeganə hökmdar kraliçası və qitənin ən uzun ömür sürən monarxı olan Danimarka kraliçası Marqret səkkiz nəvəsindən dördünü titullarından məhrum edib.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi səbəb kimi onun kiçik oğlu Şahzadə Yoahimin dörd övladının daha normal həyat sürməsinə icazə vermək və Avropadakı digər kral ailələrinin monarxiyalarını sarsıtmaq üçün olduğu götərilib.

Kral sarayının yaydığı bəyanatda deyilir: "2023-cü il yanvarın 1-dən etibarən Əlahəzrət Şahzadə Yoahimin övladları yalnız Monpezat qrafı və qrafinyası titullarından istifadə edə biləcəklər, onların əvvəlki Danimarka şahzadəsi titulları artıq mövcud olmayacaq".

53 yaşlı şahzadə Yoahimin iki nikahdan dörd övladı var: Nikolay, Feliks, Henrik və Afina.

Şahzadə Yoahimin iki böyük oğlunun anası qrafinya Alexandra Danimarka mətbuatına verdiyi açıqlamada bu qərardan şok olduğunu, uşaqların özlərini kənarlaşdırılmış hiss etdiyini deyib.

Qeyd edək ki, Kraliçanın 54 yaşlı vəliəhd şahzadə Frederikdən doğulan digər dörd nəvəsi isə titullarını saxlayacaq, ancaq 2016-cı ildə qəbul edilmiş qərara əsasən, yalnız gələcək kral, Şahzadə Kristian yetkinlik yaşına çatdıqda maaş alacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR