"Qarabağ" milliyə atmaca atır? -

"Qarabağ"ın baş meneceri Asif Əsgərov komandanın futbolçusu Qara Qarayevlə foto paylaşıb.

Metbuat.az xəbər verir ki, o, Qaraya üzərində oyunçunun soyadı yazılmış milli formanı təqdim edib. Əsgərov Qarayevla olan paylaşımda ""Milli" dəyərimiz" ifadəsini yazaraq Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byazinin futbolçunu komandaya çağırmamasına üstüörtülü işarə edib.

Qeyd edək ki, Qara Qarayev Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə aralarında yaranan problemlə görə yığmanın Millətlər Liqasında Slovakiya və Qazaxıstanla oyunlar üçün heyətinə dəvət almamışdı. Canni De Byazinin Qara haqqında danışarkən oyunçunun özünü düzgün aparması ilə bağlı fikirlərinə futbolçu cavab olaraq bunları demişdi: "Mənim Azərbaycan millisində necə davranacağımı mənə öyrədə bilməz. Milli maraqları, millli mənsubiyyəti mənə öyrədə bilməz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR