Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Metbuat.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı gərginliyin qarşısını almaq üçün təxribatlardan çəkinilməsi, regionda sülhün bərpası, Türkiyə - Ermənistan münasibətlərinə toxunulacağı bildirilir. Nəşrin məlumatına görə, Ərdoğan Paşinyanla Zəngəzur dəhlizini də müzakirə edə bilər.