Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Xerson şəhərinin şimal-şərqindəki Dnepr çayı sahillərində irəliləyib.
Metbuat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu rusların həmin mövqelərdəki cəbhəsini keçib. Ukrayna ordusunun irəlilədiyini Rusiyanın hərbi nümayəndələri də təsdiq edib. Rusiyanın Xersona təyin etdiyi nümayəndə Vladimir Saldonun sözlərinə görə, Ukrayna ordusu təqribən 30 kilometr irəliləyərək, Dudçanı şəhəri ətrafına çatıb.
Qeyd edək ki, Prezident Vladimir Zelenski bir neçə yaşayış məntəqəsinin azad edildiyini bildirsə də, onların adalarını açıqlamayıb.