"Müəllimi elə "sındırıblar" ki, uşağa söz deməyə risk etmir" -

"Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyin, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən-hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz. Ancaq ən əsas olan boşluq- müəllim avtoritetinin olmamasıdır".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa bu gün Bakının 112 nömrəli tam orta məktəbində şagirdlərin bir-birinə qarşı zorakılıq hərəkətlərinin görüntüləri ilə bağlı məsələni müzakirə edən zaman deyib. Deputat bildirib ki, müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir.

"Müəllimin əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır. Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarərtmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur. Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun".

Son günlər orta məktəblərdə zorakılıq faktlarının çoxaldığına diqqət çəkən millət vəkili qeyd etdi ki, burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin sələhiyyətləri, sinifə müdaxilə imkanları artırılmadıdır.

"Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir, bu müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur. Məktəbdə güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinifə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır".

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da adı çəkilən məktəbdə baş verənlərlə bağlı Metbuat.az-a açıqlama verib. Deputat bildirib ki, belə hadisələr uşaqlar arasında aqressivliyin artdığını göstərir:

Ətraflı aşağıdakı linkdən oxuya bilərsiniz.

https://metbuat.az/news/1449760/deputat.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR