Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa prezidentinin və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə dördtərəfli görüş keçiriləcək.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Türkiyə prezidenti Ərdoğanla da görüşəcək.

Bu barədə parlamentdə hökumət saatında Paşinyan özü məlumat verib.