Praqa görüşü Azərbaycana nə vəd verir? -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada görüşəcəkləri gözlənilir. Liderlər Avropa Siyasi Birliyi liderlərinin görüşündə bir araya gələ bilərlər.

Siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a açıqlamasında bildirdi ki, müxtəlif KİV-in yazdığına görə tərəflər Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcəklər. Ekspert deyir ki, ehtimal olunur ki, Ərdoğan Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq.

“İlk qonorar sevincini müəllimim Rəşad Məcid yaşadıb” -

Kənan Novruzov

"Böyük ehtimalla sabah ehtimal edilən görüş baş tutacaq. Bu, Paşinyana daha çox lazımdır. Əvvəllər də dediyimiz kimi, Ermənistanın regiondakı durumu getdikcə çətinləşir. Bunun əsas üç səbəbi var. Birincisi, Rusiya ilə Ukrayna arasında davam edən müharibədir. Bu savaş İrəvanın bölgədə "ortalıqda qalması" ilə nəticələnə bilər. İkincisi, Qərblə Kreml arasında davam edən mübarizə də Paşinyan hakimiyyətinin işini çətinləşdirir. Üçüncüsü, İrəvan Moskvadan uzaqlaşmağa çalışır. Paşinyanın Ermənistanın KTMT- dən çıxmasına dair səsləndirdiyi fikirlər də belə düşünməyə əsas verir. Belə bir vaxtda Türkiyə ilə diplomatik münasibətlərin bərpası Ermənistan üçün çox vacibdir. İndiyədək xüsusi nümayəndələr Sərdar Kılıçla Ruben Rubinyan arasında bir neçə dəfə görüş olub. Diplomatik münasibətlərin bərpası istiqamətində müəyyən yol qət edilib. Ərdoğanla Paşinyan isə yalnız telefonda danışıblar. Bu, liderlərin ilk görüşü olacaq".

K.Novruzov hesab edir ki, görüşdə gələcəyə hesablanmış müəyyən razılıqlar əldə oluna bilər.

"İndiyədək Türkiyə rəsmiləri, o cümlədən Ərdoğan dəfələrlə bildiriblər ki, Azərbaycan onların qırmızı xəttidir. Yəni İrəvən Ankara ilə diplomatik münasibətləri bərpa etmək istəyirsə, əvvəlcə rəsmi Bakının ərazi bütövlüyünü tanımalıdır. Şübhəsiz ki, ikitərəfli görüşdə Ermənistanla Azərbaycan arasındakı münasibətlər də müzakirə olunacaq. Dövlət sərhədindəki son durum, üçtərəfli sazişlərin icrası, həmçinin Zəngəzur dəhlizinin açılması barədə fikir mübadiləsi aparıla bilər. Müzakirələrin konstruktiv keçəcəyinə inanıram. Paşinyan dünən parlamentdəki çıxışında sülh gündəliyə sadiq olduğunu söyləyib. İkitərəfli görüşdən bir gün əvvəl bu cür açıqlamanın verilməsini təsadüfi hesab etmirəm. Bu, İrəvanın Bakı və Ankaranın şərtlərini yerinə yetirəcəyinə dair ehtimalları artırır. Praqada Prezident İlham Əliyevlə də Paşinyanın görüşü gözlənilir. Düşünürəm ki, sülh perspektivinin formalaşması istiqamətində ciddi razılıqlar əldə oluna bilər. Çünki Ermənistan baş nazirinin şansları da, vaxtı da azalır. Paşinyan vaxtı uzatmağa çalışdıqca əlindəki imkanlarından da məhrum olacaq",- deyə Kənan Novruzov qeyd edib.

Politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirən zaman vurğuladı ki, görüş ərəfəsində həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri sülh sazişi üçün imkanların olduğuna işarə ediblər.

5 prinsip, Rusiyaya verilən mesaj və Brüsselin müsbət vasitəçiliyi…-

Elxan Şahinoğlu

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa və Qarabağ məsələsinə qarışmayacağına dair öhdəilk götürərsə danışıqlarda irəliləyiş ola bilər. Ancaq buna zəmanət yoxdur. Emmanuel Makronun üçlü danışıqlar formatını dördlü formata çevirməsi təşəbbüsü Avropa İttifaqı dövlətlərindən məhz Fransanın Cənubi Qafqazda liderliyə iddia olduğuna işarədir. Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub. Odur ki, Makronun görüşdə tərəfsiz olduğunu söyləmək çətindir. Yaxşı olardı ki, görüş beşli format çərçivəsində olardı - Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Türkiyə. Belə olan halda bərabərlik olardı".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR