"Azərbaycan Ermənistana növbəti dəfə əsirləri qaytara bilər" -

"Praqa görüşünə Azərbaycan tərəfi növbəti dəfə güclü tərəf kimi qatılır. Dörd tərəfli görüşdə Fransanın təmsil olunması əsasən, rəsmi Yerevanın istəyi ilə baş tutub. Fransa prezidenti E. Makron Ermənistanın mövqeyini müdafiə edəcək".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə Çexiyanın paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünü şərh edən zaman deyib. Politoloq bildirdi ki, Fransanın porseslərə qatılması Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi ilə nəticələnə bilər.

"Avropa İttifaqı prezidenti Şarl Mişelin vasitəçilyi ilə keçirilən dörd görüşdə məhz Azərbaycanın təklifləri əsasında danışıqlar prosesi keçib. Brüssel dörd görüşdə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın mövqeyini müdafiə edib. Rəsmi Bakı belə formatda Fransanın təmsilçiliyinə etiraz etməlidir. Çünki, Avropa İttifaqı prosesi aparır. Rəsmi Parisin danışıqlar formatında olması sühün əldə edilməsinə mane olacaq. E. Makron tam erməni lobbisinin təlimatı ilə hərəkət edir. Ona görə də bu formatda danışıqlar müsbət olamyacaq. Praqada keçirlən görüşdə Türkiyə Fransanı neytrallaşdıra bilər. Qeyd edim ki, Azərbaycanı Türkiyə müdafiə etdiyindən, Fransa prezidenti Türkiyənin regionda iştirakını neytrallaşdırmaq üçün Ermənistanı siyasi olaraq müdafiə edir. Türkiyənin rolu burada əsasən sabitləşdiricidir. Brüssel görüşündən ciddi nəticə nəticə gözlənilmir. Xarici işlər nazirlərləri sülh müzakirələrini davam etdirəcək. Gələn ay Brüsselin vasitəçiliyi ilə liderlərin görüşünün keçirilməsi razılaşdırılacaq. Bu görüşdən sonra Azərbaycan Ermənistana növbəti dəfə əsirləri qaytara bilər".

Məlumat üçün bildirək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə edə biləcəklər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR