Ər və arvadın əməli etirazlara səbəb oldu:

Braziliyada ər və arvad uşaqlarının cinsinin müəyyən edilməsi münasibətilə parti təşkil edib.

Metbuat.az xəbər verir ki, cütlüyün partinin maraqlı alınması üçün etdiyi davranış etirazlara səbəb olub. Onlar partinin təşkil edildiyi ərazidəki şəlalənin suyunun rənginə müdaxilə ediblər. Məlumata görə, uşaq oğlan olduğuna görə, şəlalənin suyunun rəngi qəflətən dəyişərək mavi olub. Suya kimyəvi maddənin əlavə edildiyi bildirilir.

Ətraf Mühitin Mühafizəsi Nazirliyi məsələni araşdırır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR