Yeltsin həbsdən azad etdi,

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı döyüşlərə yeni komandan təyin edib.

Metbuat.az xəbər verir ki, yeni təyin edilən 56 yaşlı Sergey Surovik Suriyada, Əfqanıstanda uğurla xidmət etmiş generaldır. Sergey Vladimiroviç Surovik 11 oktyabr 1966-cı ildə Novosibirskdə anadan olub. Ailəlidir, 4 uşağı - 3 qız, 1 oğlu var.

Sergey Surovik 1991-ci ildə "Avqust çevrilişi" kimi tanınan Qorbaçova qarşı uğursuz çevriliş cəhdində mülki əhalinin güllələnməsinə göstəriş verən 3 nümayişçinin ölümündə iştirak etdiyinə görə 7 ay həbs cəzasına məhkum edilib. Surovikin məhkəmə prosesinə dövrün prezidenti Boris Yeltsin müdaxilə edərək onun həbsdən çıxmasını təmin edib.

1995-ci ilin sentyabrında isə silah qaçaqmalçılığına görə 1 il şərti cəzaya məhkum edilən Surovik aparılan istintaq nəticəsində yenidən azadlığa buraxılıb.

Ümumilikdə, Sergey Surovikə "Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən cinayət törətmə", "Qanunsuz silah, döyüş sursatı və ya partlayıcı maddələrin daşınması, saxlanması, əldə edilməsi, hazırlanması və ya satışı", "Odlu silah, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması" maddələri ilə cinayət işi açılıb.

en son xeberler - 24 saat

O, 1987-ci ildə Omsk Ali Hərbi Komandanlıq Məktəbini rütbə alaraq bitirib. Əfqanıstan müharibəsindən sonra isə Frunze adına Hərbi Akademiyada kadr hazırlığı alıb. Sergeyi dərhal Çeçenistana göndəriblər və həmin zaman dağıdıcı hava hücumlarına komandanlıq edib. Çeçenistan dövrü onun karyerasında yüksəlişin başlanğıcı olub.

2017-ci ilin mart ayından dekabradək Suriyadakı Rusiya qoşunlarının rəhbəri təyin edilib. Terrorçu hərbi birləşmələrin məğlubiyyəti zamanı Suriyada hava hücumlarında çoxlu sayda mülki vətəndaş həyatını itirsə də, Sergey Surovik müharibənin gedişatını dəyişən şəxs kimi seçilərək "Rusiya Federasiyası Qəhrəmanı" medalı ilə təltif edilib.

"Human Rights Watch"un hesabatında Surovik 2019-2020-ci illərdə İdlibə hücumu zamanı Rusiya qüvvələri tərəfindən evlərə, məktəblərə, xəstəxanalara və ictimai yerlərə edilən hücumlar da daxil olmaqla müharibə cinayətlərinə görə məsuliyyət daşıya biləcək komandirlərdən biri kimi qeyd edilir.

31 oktyabr 2017-ci ildə Rusiya Prezidentinin fərmanı ilə general-polkovnik Sergey Surovik Aerokosmik Qüvvələrin Baş Komandanı vəzifəsinə təyin edilib.

2021-ci ildə isə ona ordu generalı hərbi rütbəsi verilib.

Vladimir Putin visited Khmeimim Air Base in Syria (2017-12-11) 38.jpg

Surovikinin Ukraynadakı döyüşlərə komandan təyin edilməsinə gəlincə, onun ilk addımı Kiyevi vurmaq oldu. Rusiyalı ekspertlər Sergey Surovikin Ukraynada "böyük dağıntı"lara səbəb ola biləcək qərarlar verəcəyi fikrindədir.

Mütəxəssislər xüsusilə Rusiya və Belarus sərhəddində yerləşən Çerniqov və Sumi şəhərlərinə, eləcə də paytaxt Kiyevə qarşı hücumların yenidən başlanması ilə bağlı narahatlıqlarını ifadə edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR