"Astana görüşü sülhə xidmət etmir" -

"Rusiyanın təklif etdiyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsində Qarabağın statusu yer alıb".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik hesab edir ki, Rusiyadan fərqli olaraq Avropa İttifaqı real sülhün əldə edilməsində maraqlıdır.

"Qərbin sülh planında Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qəbul edilir. Praqada imzalanan Bəyannamədə bunu rəsmən qəbul etdi. Rusiyanın sülh planında isə, Qarabağın yekun statusu nəzərdə tutulur. Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Praqada imzalanan Bəyannaməni narahatlıqla qəbul etdi. Hazırda Rusiya və Avropa İttifaqı arasında Cənubi Qafqaz uğrunda açıq rəqabət gedir. Həmçinin ABŞ -da prosesə dəstək verir. Astanada Rusiya XİN rəhbəri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə Rusiyanın sülh planı və Zəngəzur dəhlizinin açılması məsələsi masada olacaq".

Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya o halda Zəngəzur dəhlizinin açılmasında maraqlıdır ki, Azərbaycan Moskvanın sülh planında nəzərdə tutulan Qarabağın yekun statusunu qəbul etsin. Amma Azərbaycan bununla razılaşa bilməz. Politoloqun fikrincə Rusiyanın vasitəçiliyi ilə keçirilən bu görüş sülhə xidmət etmir.

"Rusiya real siyasət ortaya qoymur. Və Kreml öz imperiya ambissiyaları ilə prosesin həllini nəzərdə tutur. Ona görə də Moskvanın vasitəçiliyini Bakı və Yerevan kifayət qədər zəiflədib. Qeyd edim ki, Rusiyanın sülh planı da Ermənistanın maraqlarına cavab vermir. Yalnız Kremlin irəli sürdüyü sülh şərtləri Moskvanın geosiyasi ambissiyalarına cavab verir. Ona görə də Astana görüşündə ciddi nəticə gözləməyə dəyməz. Bakı və Yerevan Brüsselin vasitəçiliyi prosesi aparır. Rusiya yalnız prosesi pozmağa çalışacaq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR