Surovikinlə çalışan zabit danışdı -

“Kiyevdə olanları görəndə təəccüblənmədim”.

Metbuat.az xəbər verir ki, Prezident Vladimir Putinin Ukraynadakı hərbi əməliyyatlara yeni komandan təyin etdiyi Sergey Surovikinlə birlikdə işləmiş müdafiə nazirliyinin nümayəndəsi belə deyib. O, “Guardian” qəzetinə açıqlamasında bildirib ki, Surovikin amansızdır:

“Surovikin qəti şəkildə mərhəmət etmir. İnsan həyatına çox az hörmətlə yanaşır. Qorxuram ki, əlləri Ukraynada tamamilə qana bulanacaq”.

Qeyd edək ki, Putin Surovikini Ukraynadakı hərbi əməliyyatlara ötən həftə komandan təyin edib. Onun vəzifəsini icra etməsindən dərhal sonra Rusiya ordusu Ukraynadakı mülki hədəfləri bombalayıb. Surovikin adı ilk dəfə 2004-cü ildə dillərə düşüb. Surovikinin şiddətli töhmətindən sonra onun əmrindəki polkovnik intihar etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR