ABŞ Prezidenti Co Baydenin “İrandakı oyanışı uzun müddət susdurmaq olmaz” sözlərinə İranın dövlət başçısı İbrahim Rəisi sərt cavab verib.

Metbuat.az xəbər verir ki, Rəisi bildirib ki, ABŞ xaosa və terrora dəstək verən ölkədir. O deyib:

“Böyük şeytanın İran əleyhinə yürütdüyü təbliğat uğursuz olacaq və hədəflərinə çatmayacaq. ABŞ İrandakı aksiyalara dəstək verir. Fələstini işğal edən sionist İsrail rejiminin 70 ildən çoxdur ABŞ tərəfindən dəstəklənməsi və Əfqanıstanın ABŞ tərəfindən işğal edilməsi böyük şeytanın fəaliyyətlərindən bəziləridir”.

Qeyd edək ki, Bayden İranda Məhza Əmininin əxlaq polisi tərəfindən öldürülməsinin İranda aksiyalara səbəb olduğunu və bu aksiyaların uzun müddət davam edəcəyini ifadə edib.