Astanada Tacikistan Prezidenti Emomali Rahmonun Mərkəzi-Asiya-Rusiya sammitindəki çıxışı internetdə izlənmə rekordları qırır.
Metbuat.az xəbər verir ki, dövlət başçısının Rusiya Prezidenti Vladimir Putinin üzünə dediyi sərt sözlər son günlər izlənən videolar arasında ilk sıralardadır. Təkcə yutubda videonu milyonlarla insan izləyib. Qeyd edək ki, 3 gün əvvəl keçirilən toplantı zamanı Emomali Rahmon Putinə deyib:
“Vladimiroviç bizə de. Biz daha nə edək? Sizin istəmədiyiniz kiməsə salam vermişik? Yoxsa rus məktəblərinə məhdudiyyət tətbiq etmişik. Rusiya bizim əsas strateji müttəfiqimizdir. Bizə keçmiş SSRİ ölkələri kimi davranma. SSRİ-dən sonra bizə elə indi də olduğu kimi diqqət göstərilmədi. Ənənələr və adətlər nəzərə alınmadı. İnkişafa dəstək verilmədi”.
Qeyd edək ki, Emomali Rahmonun çıxışı zamanı Putinin heyrətə gəldiyi diqqətdən qaçmayıb. Prezidentin sərt tonda danışmasına Qazaxıstanın dövlət başçısı Qasım-Comərd Tokayev müdaxilə edərək, çıxışını bitirməsini istəyib.