​“Azərbaycan Şərqlə-Qərb arasında mühüm rol oynayır” -

“Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr  əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

İlyas Hüseynov

Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Bu kontekstdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsini və iki il ərzində uğurlu fəaliyyətini qeyd etmək lazımdır. Şübhəsiz, hələ 2011-ci il oktyabrında BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun məntiqi nəticəsi idi. Azərbaycan Prezidentinin bu yaxınlarda Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaradan və bugünkü böhran dövründə etibarlı enerji təchizatçısı kimi özünün təsdiqləyən Azərbaycanın qazandığı beynəlxalq nüfuzun, dövlətimizin başçısının vaxtında uzaqgörənliklə verilmiş qərarlarının məntiqi nəticəsidir. Bu gün həm də Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında fəal rol oynayır ki, bu da artıq “Köhnə qitə”nin ölkəmizə artan marağının göstəricisidir.

İlyas Hüseynov qeyd etdi ki, bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində, oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi”nin sammitində, hazırda isə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, onun çevik xarici siyasət yürütməsinin bariz göstəricisidir.

“Azərbaycan dövləti formalaşdıqca, beynəlxalq münasibətlərin əsas aktorlarından biri kimi dünyada özünəməxsus yer tutduqca, ikitərəfli münasibətləri yerinə yetirir. Bu ikitərəfli münasibətlərə bir tərəfdən səfirliklərin açılması, qarşılıqlı mədəni, sosial, siyasi, iqtisadi münasibətlərin yaradılması, digər tərəfdən ölkələrin xalqları ilə münasibətlərin inkişaf etdirilməsi sahəsində işlər daxildir. Biz mövcud problemləri dünya dövlətlərinin, dünya xalqlarının, beynəlxalq qurumların diqqətinə çatdırmaq istiqamətində səmərəli fəaliyyət göstərir və Şərqlə-Qərb arasında mühüm rol oynayırıq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR