Qırğızıstandan təklif -

Qırğızıstan-Tacikistan sərhədinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti yerləşdirilə bilər.

Metbuat.az xəbər verir ki, belə təkliflə Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov çıxış edib. O bildirib ki, hərbi kontingentin sərhədə yerləşdirilməsi barədə təklifi KTMT-nin Baş katibi Stanislav Zasla görüşdə irəli sürüb. Nazirin sözlərinə görə, hərbi kontingent ağır silahların geri çəkilməsinə və tərəflərin üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirməsinə nəzarət edəcək. “Hər iki tərəfin öz iddiaları var. Başqa cür taciklərlə qırğızlar arasında sülh mümkün deyil” - nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR