Türkiyənin yerli imkanlarla ərsəyə gətirərək, Rizədə ilk testini həyata keçirdiyi “Tayfun” yaxınmənzilli ballistik raketi dünyanın diqqətini cəlb edib.

Metbuat.az “Bloomberg”ə istinadən xəbər verir ki, test Türkiyəyə qarşı mövqeyi ilə seçilən qonşu dövlətlərin hərbi dairələrində narahatlıq yaradıb. Məlumatda bildirilir ki, mərmi Rizədən atılıb və Sinop yaxınlarına düşüb. BBC, Röyters, CNN və digər nüfuzlu xəbər agentlikləri də Türkiyənin raket sınağını ilk sırada oxucularına çatdırıb.Uğurlu keçən test Türkiyəyə düşmən mövqeyi sərgiləyən Yunanıstanda da geniş müzakirələrə səbəb olub.

“Ta Nea” nəşri yazır ki, raketin qət etdiyi məsafə İzmir və Afina arasındakı məsafədən iki dəfə çoxdur. “Kathimerini” qəzeti isə layihənin gizli şəkildə həyata keçirildiyini yazıb. “Skai” qəzeti isə qeyd edib ki, bu test Türkiyənin güc nümayişidir.

Qeyd edək ki, Türkiyənin “Tayfun” raketini gizli şəkildə hazırladığı bildirilir. “Tayfun” yaxınmənzilli raketi Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km məsafədə qət edərək Qara dənizin Sinop şəhəri sahillərinə düşüb.