Dünən Abşeron rayonunun Hökməli qəsəbəsində 16 yaşlı qızın nişanlısı tərəfindən öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Metbuat.az İTV-nin "Qanundan kənar" verilişinə istinadən xəbər verir ki, 1996-cı təvəllüdlü şəxs 16 yaşlı nişanlısının boğazını kəsib.
Belə ki, həmin şəxslə yeniyetmə 14 yaşı olan zaman nişanlanıb. Qızın 18 yaşı tamam olduqdan sonra isə toy ediləcəkmiş.
Lakin qətldə şübhəli bilinənə şəxs dünən nişanlısı ilə görüşə gəlib və onu evlərinin yanında yerləşən məscidin yanına çağırıb. O, nişanlısına başqa oğlanla danışdığını deyərək ittiham edib. Yeniyetmə isə bu söhbətlərdən bezdiyini, ondan ayrılacağını deyib. Bu zaman nişanlısı ona bıçaqla zərbələr endirib.
Daha ətraflı videoda: