İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında sərbəst güləşçimiz Xadjimurad Qadjiyev finala vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda moldovalı Vasili Diakona 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan güləşçisi finalda iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə gücünü sınayacaq.