Qurban Qurbanov işini bərk tutdu, “Qarabağ”da

Fransa səfərinə hazırlaşan “Qarabağ” Bakıdakı hazırlığını oktyabrın 25-dəki səhər məşqi ilə başa vuracaq.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, “Köhlən atlar” həmin gün axşam 5 radələrində Bakını tərk edəcək. Komanda üzvlərini səfərə daşıyacaq çarter reysli təyyarə paytaxtımızdan birbaşa Nanta uçacaq.

Heyətdə zədəli və cəzalı futbolçuların olmaması baş məşqçi Qurban Qurbanovun üzünü güldürməyə bilməz. Odur ki, kollektiv Fransaya tam tərkibdə yollanacaq.

Ağdam təmsilçisi Nantda otel seçimi də edib. Azərbaycanın Avropadakı fəxri “Radisson Blue”da məskunlaşacaq.

Oyundan 2 gün əvvəl axşam saatlarında “Nant”a çatacaq “Qarabağ”lılar həmin gün istirahət imkanı qazanacaq.

Oktyabrın 26-da Bakı vaxtı ilə saat 21.30-da “köhlən atlar” oyunöncəsi son məşqə çıxacaq. Bundan 20 dəqiqə əvvəl isə Qurban Qurbanov mətbuat konfransında media mənsublarının suallarını cavablandıracaq.

Oktyabrın 27-də “Bojuar” stadionunda baş tutacaq “Nant” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR