24 yaşlı qadının həbs edildiyi otağa girəndə ŞOK OLDULAR -

Əfqanıstanda yeni dini qaydaları pozduğuna görə, saxlanılan 24 yaşlı qadın intihar edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, 24 yaşlı qadın başqa kişi ilə gəzməyə çıxdığına görə, onun barəsində “daşlanaraq öldürülmə” cəzası verilib. Lakin qadın saxlanıldığı həbsxanada özünü asıb. Məlumata görə, qadın yoxlama zamanı saxlanılıb. Məlum olub ki, yanındakı kişinin qadınla qohumluq əlaqəsi yoxdur.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra dini qaydalar tətbiq edib. Qaydalara görə, qadınların ailə üzvlərindən başqa şəxslərlə evi tərk etməsi qadağandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR